Təhsil Nazirliyinin rəsmisi beynəlxlaq təlim kursunda iştirak edəcək

Təhsil Nazirliyinin rəsmisi beynəlxlaq təlim kursunda iştirak edəcək
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Sinqapura gedib. Təshil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şöbə müdiri 20-26 oktyabr tarixlərində keçiriləcək "Rəhbərlər və təlimçilər üçün texniki və peşə təhsili və tədris proqramı" adlı təlim kursunda iştirak edəcək.

Təlim kursu inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə texniki peşə təhsilinin rolu və gələcək perspektivləri məsələlərini əhatə edir. Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən təşkil edilən təlim kursunda dünyanın bir çox ölkələrindən peşə təhsili sahəsinin rəhbər işçiləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə