Astarada 3 taxıl anbarı və 1 soyuducu kameranın inşası başa çatmaq üzrədir

Astarada 3 taxıl anbarı və 1 soyuducu kameranın inşası başa çatmaq üzrədir

Astara rayonunda hər birinin tutumu 1000 ton olmaqla 3 taxıl anbarı və meyvə-tərəvəz məhsullarının saxlanması üçün 250 tonluq soyuducu kamerasının tikintisində son tamamlama işləri görülür. SİA-nın cənub bürosunun məlumatına görə, hər üç obyekt Fövqalədə Hallar Nazirliyinin sifarişi ilə inşa olunur.

Artıq taxıl anbarlarının tikintisi başa çatıb. Soyuducu kameranın inşasında isə son tamamlama işləri görülür. Tikinti işləri başa çatdıqdan sonra obyektlərdə türkiyəli mütəxəssislər tərəfindən avadanlığın quraşdırılmasına başlanılacaq.

Burada taxılçılıq, tərəvəzçilik və meyvəçiliklə məşğul olan fermerlərdən, torpaq mülkiyyətçilərindən məhsullar qəbul olunacaq. Təkcə Astara rayonununda deyil, həm də bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq taxıl anbarları kompleksinin və soyuducu kameranın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə