Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-da saat 16.15-dən 16.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.20-dən 20.35-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 23.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB