Səməd Seyidov: "Azərbaycan AŞPA-nın yanvar sessiyasına yeni tərkiblə gedəcək"

Səməd Seyidov: "Azərbaycan AŞPA-nın yanvar sessiyasına yeni tərkiblə gedəcək"

Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibi ilə bağlı fikirlərini bildirib. SİA-nın xəbərinə görə,

S. Səmədov bildirib ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək: "Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir".

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edildiyini deyən nümayəndə heyətinin rəhbəri söyləyib ki, yeni tərkibə deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə daxil ediliblər: "Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə