"İRƏLİ" İctimai Birliyinin Sabirabad rayonunda keçirdiyi "Payız Universiteti" layihəsi çərçivəsində 16 Oktyabr 2010-cu il tarixində universitetin qonaqları jurnalist Aynur Talıbova və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası və teleaparıcı Vəfa Rzayeva olub.
Birlikdən SİA-ya verilən məlumata görə, müasir telejurnalistika mövzusunda keçirilən təlimdə Sabirabad rayonunun gəncləri iştirak ediblər. Qonaqlar televiziya proqramlarına, şou-proqramlara olan rəğbət, televiziyada gənclərin psixologiyasına təsir edən mənfi və müsbət amillər barəsində onlara söhbət açıblar.
Qonaqlar daha sonra Sabirabadda keçirilən "Regionlarımızı Brendləşdirək" layihəsi çərçivəsində baş tutan şahmat və futbol turnirlərinin final yarışlarına qatılmış, qaliblərin mükafatlandırılmasında iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB