Bu gün səhər Çeçenistan parlamentinin ərazisində atışma başlayıb. SİA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, deputatların maşını parlamentin həyətinə daxil olan zaman onların ardınca içərisində terrorçular olan bir maşın əraziyə gəlib. Maşındakı terrorçulardan biri əynindəki "şəhid qurşağı"nı işə salıb, partlayış nəticəsində iki nəfər həlak olub. Daha iki terrorçu parlamentin binasına daxil olaraq nizamsız atəş açmağa başlayıblar.
Rusiya mətbuatının yaydığı xəbərə görə, hazırda atışmanın davam etdiyi bildirilir. Bəzi məlumatlara görə, parlamentin mülki heyəti binadan evakuasiya olunub. Ərazi mühasirəyə alınıb, silahlıların məhv edilməsi üçün əməliyyat keçirilir. Hazırda atışma spiker Dukuvax Abdurrahmanovun kabineti yaxınlığında gedir. Spikerin sağ olduğu bildirilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin birləşmələri, xüsusi təyinatlı birləşmələr, təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, atışma Çeçenistan parlamentinin spikerinin kabinetində başlayıb. İnsidentin detalları hələlik məlum deyil. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev hazırda Qroznıdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB