Azərbaycanı dünyaya nümunə kimi göstərən Prezident!

Azərbaycanı dünyaya nümunə kimi göstərən Prezident!

Qətiyyətli, məqsədyönlü və müdrik idarəçilik faktoru xalqımızın rifahına, dövlətimizin və dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı, fundamental reallıqdır

Müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf və tərəqqi edir və bu faktor istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə yüksək şəkildə qiymətləndirilir. Bu gün paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, eləcə də Azərbaycanın bütün bölgələri və yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişilib, inkişaf etdirilib, müasir infrastruktur layihələri reallaşdırılaraq ən yüksək dünya standartlarına uyğunlaşdırılıb. O cümlədən, Azərbaycan qlobal humanitar problemlərin səmərəli müzakirəsi üçün mərkəzə çevrilib. Söz yox ki, bütün bunların əsasında Ulu Öndər Heydər Əliyev ideologiyası dayanır və bu ideologiya Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Məhz bu amilləri nəzərə alarsaq, bir çox nüfuzlu beynəlxalq təşkilatların təqdim etdikləri hesabatların da reallığının şahidlərinə çevrilərik.

Prezident İlham Əliyev: "İqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir"

Misal üçün, 2017-ci ilin martında BMT, Dünya Bankı, digər inkişaf institutlarının dərc etdirdikləri hesabatlardakı məlumatlar təhlil edilib və nəticə olaraq bəlli olur ki, Azərbaycanın göstəriciləri bir sıra “G 7”, “G 20”, Avropa Birliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin göstəriciləri ilə müqayisə edilə bilər. Belə ki, hazırda “G 20” dünya istehsalının 85 və dünya ticarətinin 75 faizini təmin edir. Məhz bu konteksti nəzərə alarsaq, ölkə başçımızın əsasən, xalqın rifahı üçün əsasən, sosial siyasət yürütməsi barədə vurğuladığı fikirləri bir daha xatırlamalıyıq. Prezident İlham Əliyev daim vurğulayır ki, iqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir. Bu baxımdan, son illər ölkədə reallaşdırılan sosial siyasət də bu istiqamətə yönəldilib. Beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasında gerçəkləşdirilən sosial siyasətə verdiyi qiymət bir çox sənədlərdə, o cümlədən 2017-ci il martın 21-də Stokholmda BMT tərəfindən təqdimatı keçirilən İnsan İnkişafı Haqqında Hesabatda da əksini tapıb.

Prezident İlham Əliyev tərəfindən reallaşdırılan və uğurla gerçəkləşdirilən sürətli innovativ inkişaf siyasəti

Onu da qeyd edək ki, müxtəlif ölkələr davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ölkədə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan və uğurla gerçəkləşdirilən sürətli innovativ inkişaf siyasəti Azərbaycanın davamlı inkişaf göstəricilərinə görə artıq indidən dünya liderləri sırasında yer almasını təmin edib.

Digər əhəmiyyətli məqama toxunaq. Belə ki, beynəlxalq statistikaya əsasən, müstəqilliyinin 25 ili dövründə ölkəmizdə dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının uzunmüddətli tərəqqinin əsas şərti olan davamlı inkişafı hədəfləyən nailiyyətləri “böyük yeddilik” dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə onların göstəricilərindən üstündür. Misal üçün, Azərbaycan Respublikasının davamlı inkişafın qeyd olunan indikatoru üzrə göstəriciləri “böyük yeddilik” ölkələrinin orta göstəricisindən, həmçinin ABŞ, Kanada, Fransa və Yaponiya kimi dövlətlərinkindən yüksəkdir.
Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Dinamik davamlı inkişafa yol açan digər bir məqam ölkədə dövlət siyasətinin reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin geniş tətbiqidir.

Dövlətimizin və dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı, fundamental reallıq!

Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşdırılan layihələrin uğurunu təmin edən önəmli faktorlardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bütün layihələr uğurlu qlobal və regional inkişafa yol açır və bütün iştirakçıların maraqlarını təmin edir.

Beləliklə, o da təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə dəfə öz çıxışlarında Azərbaycanın bu gün beynəlxalq aləmə ölkəni necə idarə etmək nümunəsi sərgiləyir. Bu qətiyyətli, məqsədyönlü və müdrik idarəçilik faktoru isə xalqımızın rifahına, dövlətimizin və dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı, fundamental reallıqdır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə