Azərbaycanda Milli Məclis seçkilərini izləyəcək MDB müşahidə missiyası bu gündən fəaliyyətə başlayıb
Noyabrın 7-də illi Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası bu gündən fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, MDB icra katibinin müavini Vladimir Qarkun, seçkilər şöbəsinin müdiri Yevgeni Sloboda və İcraiyyə Komitəsinin digər əməkdaşları gün Bakıya gələcəklər. Onlar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və seçkilərə aidiyyəti olan digər şəxslərlə görüşlər keçirəcəklər.
Qeyd edək ki, uzunmüddətli müşahidəçilər seçkilər bitənə kimi Bakıda qalacaq, həmin müddət ərzində ölkənin bir neçə regionuna səfərlər edəcək, müxtəlif görüşlər keçirəcək, aralıq hesabatları hazırlayacaqlar. Eyni zamanda parlament seçkilərini izləmək üçün MSK-ya MDB ölkələrindən 300-dən artıq müraciət daxil olub.
Xatırladaq ki, MDB müşahidə missiyasına rəhbərliyi MDB icra katibi Sergey Lebedev həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB