"2016–2030-cu illəri əhatə edən proqram 2 il əvvəl qəbul edilib. Dünyanın bir sıra qurumları təşkilatları proqram haqqında fikirlərini bildiriblər. Artıq Azərbaycanda bu proqramın parçasıdır. Çünki Azərbaycan bu proqrama qoşulub”. SİA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” adlı konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2015-ci ildə BMT tərəfindən qəbul olunan layihənin həyata keçirilməsində parlamentin mühüm rolu ola bilər: “Görülən işlər ekoloji tarazılığı, sosial müdafiəni, genderlə bağlı problemlərin həllini təmin edəcək. Bu proqrama qoşulanlar növbəti 15 ildə dünyada baş verəcək dəyişikliyiyin əsas katalizatorlarıdır. Azərbaycan da üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı addımlar atır”
Qulam İshaqzai bildirib ki, proqamdan irəli gələn məqsədlərə çatmaq üçün bir çox ölkələrin parlamentləri tərəfindən mühüm işlər görülüb: “Belə ki, Milli Məclisdə qəbul edilən qərarlar bu proqrama uyğun olaraq qəraralar qəbul edlib. Qazaxıstan, Pakistanda parlamentində də bu istiqamətdə mühüm işlər görülür. Biz Azərbaycan Respublikasının Milli Məclisini bu istiqamətdə bəyanatın qəbul etməyə çağırırıq. Təbii ki, biz Azərbaycan parlamentinin, milli büdcənin təmin olunması, xərclərin heabatı və digər öhdəliklərin həyata keçirilməsi istiqamətində işlərini görürük. BMT olaraq burada görülən işlərə görə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB