Bu gün oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunduğu gündür. SİA-nın məlumatına görə, 1991-ci ilin bu günü Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olunub. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşub.
Bütün təbii sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edilib. Daha sonra himnimiz, gerbimiz və dövlət bayrağımız qəbul olunub. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başlayıb, müstəqil inkişaf yoluna qədəm qoyub. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən edib.
Bu gün həmçinin istiqlaliyyətimizi yenidən qazanmağımızın 19 yaşı tamam olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB