İsrail Həmasla danışıqlara başlayıb

İsrail Həmasla danışıqlara başlayıb

İsrailin baş naziri Benyamin Netanyahu Həmas qrupunun saxladığı İsrail əsgərinin azad edilməsi səylərinə yenidən başlanıldığını bildirib. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, o, bu gün İsrailin mətbuat üzvlərinə deyib ki, 24 yaşlı Gilad Şalitin azad edilməsi səylərində vasitəçilik etmək və bu istiqamətdə hər iki tərəflə iş aparmaq üçün Almaniyadan regiona nümayəndə gəlib.

Netanyahu bu açıqlamanı İsrailin Həmasın nəzarətində olan Qəzza zolağında iki fələstinlinin ölümü ilə nəticələnmiş raket hücumundan bir neçə saat sonra verib. Həmas yaraqlı qrupu Şaliti 2006-cı ildə Qəzza sərhəddi yaxınlığında saxlayıb. Qrup əsgərin azad edilməsi müqabilində 1000 nəfər fələstin məhbusunun azadlığa buraxılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə