"Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" KONFRANS - YENİLƏNİB - SƏS TV

"Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" KONFRANS - YENİLƏNİB - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Partiya rəsmiləri, millət vəkillər, dövlət qurumlarının rəhbərləri və media qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov söyləyib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əli Əhmədovun sözlərinə görə, bu siyasətin nəticəsində Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir: "Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir. Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir. Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artmış olur. Konfrans əlamətdar gün ərəfəsində keçirilir. Sabah Azərbaycan Prezidentinin doğum günüdür. Mən özümün və bütün partiya üzvlərinin adından dövlət başçımızı təbrik edir, ən xoş arzularımızı çatdırıram. Bildiyiniz kimi, ölkəmizdə 2018-ci ilin oktyabr ayında, 10 aydan sonra prezident seçkiləri keçiriləcək. Prezidentimizin yüksək seçki şansı var. Əminik ki, biz növbəti dekabr konfransını prezidentin qələbəsi kimi qeyd edəcəyik".

Konfransda çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan milli iqtisadiyyatımızın bütün sahələri yüksək səviyyədə inkişaf edir: "Azərbaycanın dünya ıqtisadiyyatına inteqrasiyasına dəmir yollarının müasir standartlara cavab verməsi istiqamətində mühüm işlər görülür".

Strateji Yol Xəritəsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən C.Qurbanov burada nəqliyyat infrastrukturuna geniş yer ayrılıb: "Azərbaycan 2020 gələcəyə baxış" Konsepsiyasında logistika nəqliyyatla bağlı bölmələr var. Azərbaycan Xəzər daşınmalarında xüsusi rol oynayır. Ələt Beynəlxq Ticarət Limanı fəaliyyət göstərir. Son iki ildə dəmir yolu ilə bağlı beynəlxalq istiqamətdə mühüm işlər görülür".

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, TANAP layihəsinin işə salınması üçün təxminən 44-45 milyard dollar lazımdır: "Onun 25 milyard dolları artıq xərclənib". TANAP layihəsi 2018, TAP layihəsi isə 2019-cu ildə hazır olacaq".

Çıxışında Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edən X.Yusifzadə bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində vəziyyəti o qədər də yaxşı deyildi: "O zaman əsas məsələ neft sənayesinin imkanlarının yüksəldilməsi idi. Ona görə də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xarici sərmayələrin cəlbi üçün iş aparmağa başlanıldı. O zaman bizim bu sahədə təcrübəmiz yox idi. Prezident İlham Əliyevin bu danışıqlarda iştirak etməsi bizə kömək edirdi".

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyətindən danışan X.Yusifzadə qeyd edib ki, 2015-ci il iyunun 1-dək dünya bazarlarına milyonlarla ton neft ixrac olunub.

Tədbir bədii hissə ilə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə