“Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb”

“Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb”

“Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Novruz Məmmədov bildirib ki, Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı sammitində öz mövqeyini bildirdi: "Biz bu məsələdə müsəlman ölkələri ilə bir yerdəyik və düşünürük ki, Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".

Prezidentin köməkçisi vurğulayıb ki, Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb: “Bu addımın atılmasına ehtiyac yox idi. Bu, dünyada beynəlxalq münasibətlərə töhfə vermr, əksinə, vəziyyəti gərginləşdirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə