Elçin Mirzəbəyli: “Azərbaycan bütün məsələlərə sayqı ilə yanaşır” AÇIQLAMA
BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın nümayiş etdirdiyi mövqe birmənalı şəkildə beynəlxalq hüququn prinsiplərinə söykənir: “Azərbaycan bundan öncə də həm BMT çərçivəsindəki davranışlarında, həm də digər beynəlxalq təşkilatlardakı davranışlarında birmənalı şəkildə beynəlxalq hüququn prinsiplərindən çıxış edib. Azərbaycan Fələstin probleminin həlli ilə bağlı BMT Baş Assambleyasının qəbul etdiyi qərarlara istinad edib. 1947-ci ildə Fələstin ərazisində iki dövlətin yaradılması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsi var. Bu qətnamədən sonra bir neçə dəfə BMT Baş Assambleyası oxşar qətnamələr qəbul edib. Bu aspektdən də ölkəmizin beynəlxalq hüququn prinsiplərinə daim sayqı nümayiş etdirməsi və dünyada sülhün, əmin-amanlığın təmin olunması üçün məhz beynəlxalq hüququn prinsiplərinin tətbiq etməsinin vacibliyini önə çəkməsi Azərbaycanın sabit bir siyasət yürüdən dövlət olduğunun göstəricisidir. Bunun üçün də ölkəmizin mövqeyi hesab edirəm ki, ən düzgün bir mövqedir. Təkcə, Fələstin, Qüds məsələsinə deyil, bütövlükdə Azərbaycan dövlətlərin ərazi bütövlüyü ilə bağlı məsələlərə, eləcə də digər beynəlxalq hüququn prinsiplərindən irəli gələn məsələlərə sayqı ilə yanaşır və daim da bunu təşviq edir. Hesab edirəm ki, bu gün məhz bu mövqe dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün vacib şərtlərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB