Elmar Məmmədyarov: “Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı olan mübahisəli ərazilər qısa müddətdə öz həllini tapmalıdır”

Elmar Məmmədyarov: “Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı olan mübahisəli ərazilər qısa müddətdə öz həllini tapmalıdır”

Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işçi qrupunun görüşləri intensivləşdirilməlidir. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı olan mübahisəli ərazilər qısa müddət ərzində öz həllini tapmalıdır.

 

Öz növbəsində Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanlı həmkarı ilə həmfikir olduğunu bildirib: "Hazırda bu istiqamətdə intensiv işlər gedir. Biz mübahisəli məsələlər üçün görüşürük ki, onlar problemə çevrilməsin. Eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası, Azərbaycan və Gürcüstanda yaşayan diasporların fəaliyyəti və digər humanitar məsələlər istiqamətində danışıqlar iki ölkə arasında mövcud olan münasibətlər fonunda aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə