Rusiyada prezident seçkiləri ilə əlaqədar seçki kampaniyasına rəsmi şəkildə start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, namizədlərə 90 gün müddətində öz kampaniyalarını aparmaq. seçicilərlə görüşmək, Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim etmək, imza toplamaq, öz namizədlikləri ilə bağlı geniş təşviqat işləri görmək, televizya və radiolarda rəqiblərinə qarşı mübarizə aparmaq imkanı verilir.
Qeyd edək ki, Sovetlər Şurası dekabrın 15-də Rusiyada prezident seçkilərinin 2018-ci ilin martın 18-də keçirilməsi ilə bağlı qərar qəbul edilib. Beləliklə, seçkilər, Krım və Sevastopolun Rusiya ilə birləşməsinin dörd illik ildönümü ilə üst-üstə düşəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB