Prezident İlham Əliyev: "Çox şadam ki, futbolçularımız uzun fasilədən sonra bizi sevindirdilər"
Oktyabrın 14-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Azərbaycan milli komanadsının Türkiyə yığması üzərində qələbəsinə də toxunub: "Çox şadam ki, futbolçularımız da, nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaqdır. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaqdır. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB