Musa Quliyev: “Kürd kartı”ndan da istifadə etməyə çalışıblar” AÇIQLAMA

Musa Quliyev: “Kürd kartı”ndan da istifadə etməyə çalışıblar” AÇIQLAMA

“Ölkəmizdə sabitliyi, milli vəhdəti, birliyimizi pozmaq, separatçılıq toxumlarını yaymaq şər, imperalist və Azərbaycanı sevməyən qüvvələrin işidir. Onlar vaxtaşırı bundan istifadə edirlər. Hətta müəyyən dövrlərdə “talış kartı”ndan, “sadval kartı”ndan da istifadə olunub və “kürd kartı”ndan istifadə etməyə çalışıblar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bəzi şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycandakı azsaylı xalqları bir-birinə qarşı qoymaq cəhdləri əvvəllər də olub: “Bu fikirlərin hamısı zaman-zaman iflasa uğrayıb. Azərbaycan xalqının vəhdəti, birliyi, Ümummilli Liderin irəli sürdüyü Azərbaycançılıq ideyası ölkəmizə qarşı aparılan təxribatları daim puça çıxarır. Fəxrəddin Aboszadə və digər milliyəti məlum olmayan, mahiyyəti bilinməyən, satqın insanların orada hansısa fikir səsləndirməsi Azərbaycandakı talış xalqının fikri demək deyil. Ümumiyyətlə, onlar da bunu qəbul etmirlər. Hesab edirəm ki, bu fikirlər Azərbaycanda heç bir əhəmiyyət daşımır. Bizim talışlardan, ləzgilərdən, avarlardan, kürdlərdən olan milli qəhrəmanlarımız, Azərbaycan üçün döyüşən, şəhid olan, yaralanan oğullarımız var. Əsil Azərbaycanlı məhz bunlardır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə