Vaaqn Xaçatryan: “Ermənistan tərəfindən başlanılan müharibə, rəsmi İrəvanı 100 il inkişafdan geri salıb”

Vaaqn Xaçatryan: “Ermənistan tərəfindən başlanılan müharibə, rəsmi İrəvanı 100 il inkişafdan geri salıb”

"Azərbaycan 2011-ci ilin dövlət büdcəsində hərbə ayrılan vəsaiti iki dəfə artırıb. Bu da rəsmi Bakının müharibə bəyantlarını dəfələrlə təkrar etməyə vadar edən amillərdən biridir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Konqressinin İqtisadi məsələlər üzrə komissiyasının üzvü Vaaqn Xaçatryan bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən başlanılan müharibə, rəsmi İrəvanı 100 il inkişafdan geri salıb.

 

Müxlifət nümayəndəsi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gərək hər iki tərəf masa ətrafında əyləşib kompromis yolu ilə danışıqlar aparmalıdırlar.

 

Vaaqn Xaçatryan eyni zamanda Ermənistan iqtisadiyyatı ilə bağlı ünvanlanan sulları da cavablandırıb. O, qeyd edib ki, Ermənistanda təbii qazın tarifləri bir daha qaldırılsa, bu, Ermənistan iqtisadiyyatına vurulan ölümcül zərbə olacaq. Onun sözlərinə görə, əvvəlki tarifləri saxlamaq səylərini nümayiş etdirmək əvəzinə, Ermənistanın baş naziri Tiqran Sarqsyan deyir ki, Ermənistan hazırda Rusiya ilə tariflərin yenidən baxılması ilə bağlı danışıqlar aparır.

 

Deputat bildirib ki, əgər gələn ilin aprelinə gədər qiymətlər qaldırılsa, bu nəinki Ermənistan vətəndaşları, həmçinin bütövlükdə Ermənistan iqtisadiyyatına vurulmuş ölümcül zərbə olacaq. Ermənistanın 2011-ci ilin dövlət büdcəsi məsələsinə toxunan V.Xaçatryan qeyd edib ki, Ermənistanın Milli Şurası belə bir sənədi sadəcə sənəd xatirinə parlamentə təqdim edib. O vurğulayıb ki, Ermənistan parlamentində belə bir büdcə layihəsinin müzakirəsinə heç bir ehtiyac yoxdur: "Çünki bu sənəddə müzakirə ediləsi heç nə yoxdur. Bu sadəcə növbəti bir büdcədir. Bu da ancaq əhalinin mövcud olmasını təmin edə biləcək. Bu sənəddə əhalinin məvaciblərinin və əmanətlərin nəzərə çarpacaq qədər qaldırılması məsələsi yoxdur. Şimal-Cənub dəmir yolu və atom elekrik stansiyasının tikintisinə ayırılacaq vəsait belə artırılmayıb".

 

O, bildirib ki, bütün bunlar sonda mütləq şəkildə əhalinin sosial narazılığına gətirib çıxaraq: "Ölkədə vəziyyət dəyişməyənə qədər narazılıqlar və mitinqlər qaçılmaz olaraq qalacaq. Amma bu hakimiyyət üçün əhalinin sosial narazılıqları belə əhəmiyyətsizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə