Azər Həsrət: “Leyla Yunus Hümbətovla bir sırada addımlayır” AÇIQLAMA
“Ümumiyyətlə, Leyla Yunusun bütün fəaliyyəti həmişə Azərbaycana qarşı yönəlib. Mən onu 25 ildən artıqdır ki, tanıyıram. O bu və ya digər tədbirlərə qatılırdı. Hətta onunla birlikdə səfərdə də olmuşam. Bu insanın ideoloji olaraq Azərbaycana nifrətinin hər addımda hiss olunduğunu deyə bilərəm. Yəni bütün dövrlərdə Leyla Yunus Azərbaycanı və xalqını bir düşmən dövlət, xalq kimi görüb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti onun bəd əməllərini ifşa etdikdən sonra özünün ifşa olunduğunu görüncə bütün dünyaya hay-küy salmağa başladı ki, guya o siyasi baxışlarına görə təqib olunur: “Amma hamımız bilir ki, o anti-Azərbaycan fəaliyyətlərinə görə, xaricdəki müxtəlif mərkəzlərdən külli miqdarda pul alırdı və həmin pulları da Azərbaycana qarşı (yəni Azərbaycan dövlətinə və xalqına qarşı) xərcləyirdi. Ona görə də dövlət zamanında onunla bağlı tədbirlər gördü və vergidən yayınması, ümumiyyətlə, çirkli pulların yuyulması faktları aşkar edildikdən sonra həbs olundu. Amma sonradan onun səhhətindəki müəyyən problemlər yaranır. Əslinə qalanda isə bu problemlər o qədər də ciddi deyildi. Azərbaycan dövləti problemləri nəzərə alaraq hümaniz göstərdi və o həbsdən azad edildi və xaricdə müalicə keçməsi üçün şərait yaratdı.
Lakin təəssüflər olsun ki, bu qadın xaricə gedib yenə də anti-Azərbaycan fəaliyyətini davam etdirməklə məşğuldur. Onun özü də ermənilərlə bir sıradadır, onlarla oturub-durur. Azərbaycana qarşı bölücülük etdiyinə görə, Vətən xaini kimi həbsdə yatıb və sonradan həbsdən buraxılmış Əlikram Hümbətovla bir sırada addımlayır. Yəni bu cür adamlarla oturub-duraraq Azərbaycan dövlətinə və xalqına qarşı təbliğat aparır. Ümumiyyətlə, ölkəmizi gözdən salmaq üçün gecə-gündüz çalışır. Əlbəttə ki, biz də dövlətimizin vətənpərvər vətəndaşları olaraq bu cür faktlara, danışıqlara göz yuma bilmərik. Biz istərdik ki, Azərbaycan xalqı, hər kəs bu qadının Azərbaycan düşmən kəsilməsini nəhayət ki, tam olaraq anlasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB