Son bir ayda Gəncədə 10-dan artıq yeraltı təkan qeydə alınıb

Son bir ayda Gəncədə 10-dan artıq yeraltı təkan qeydə alınıb

Ölkənin qərb bölgəsində yeraltı təkanların sayı artlb. Təkcə son bir ayda Gəncə və ətraf rayonlarda 10-dan artıq zəlzələ qeydə alınıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Seysmik Stansiyanın direktoru Ağa Mustafayev məlumat verib. Onun sözlərinə görə, kiçik yeraltı təkanlar olsa da, son illərlə müqayisədə belə halların sayı artıb.

"Artıq qeydə alınan yeraltı təkanlarla bağlı mərkəzə məlumat verimişik. Onu deyə bilərəm ki, bəzi hallarda gün ərzində iki dəfə kiçik yeraltı təkanlar qeydə alınır", deyə A.Mustafaev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə