Məzahir Pənahov: “MSK müraciətlərin baxılmasında gecikir” - MÖVQE

Məzahir Pənahov: “MSK müraciətlərin baxılmasında gecikir” - MÖVQE

MSK daxil olan müraciyətlərin baxılmasında gecikir. SİA-nın xəbərinə görə bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında quruma daxil olan şikayətlərin uzadılmasına dair bəzi nümayəndələrin irəli sürdüyü təklifə münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, oktyabrın 7-dən 9-na kimi gələn şikayətlər haqda hələ də qərar qəbul olunmayıb. "Ayın 15-də də MSK-ya müraciətlər daxil olsa biz bu müraciətlərə baxmalıyıq. Ayın 11-də Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərə hələ də rəy bildirilməyib".

MSK sədri yerlərdə aktlaşdırmanın aparılmasında problemlərin mövcudluğunu da bildirib. Qeyd edək ki, hazırda iclas davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə