ABŞ-dan Netanyahuya açıq dəstək: “İsrail bir yəhudi dövlətidir”

ABŞ-dan Netanyahuya açıq dəstək: “İsrail bir yəhudi dövlətidir”

ABŞ xarici işlər nazirliyinin mətbuat katibi Filip Krovley İsrail baş naziri Benyamin Netanyahunun Fələstinin İsraili bir yəhudi dövləti olaraq tanıması tələbinə dəstək verdiyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə Krovley "İsrail yəhudi xalqının dövlətidir. Əlbəttə, İsrail digər inanclardan gələn insanlar üçün də bir dövlətdir" deyib.

 

B.Netanyahunun iki gün əvvəl açıqladığı fikirlərin İsrail hökuməti tərəfindən irəli sürülən tələblərin təməli olduğunu və özlərinin də bu fikirləri dəstəklədiyini söyləyən Krovley bildirib ki, İsrailin bölgənin bir parçası olaraq tanınması, İsrail dövlətinin yəhudi xalqının vətəni olaraq tanınması İsrail hökumətinin bu müzakirələrin nəticəsi olaraq görmək istədiyi şeydir. Mətbuat katibi ABŞ-ın İsrail-Fələstin danışıqlarının davam etməsini istədiklərini bildirib. O, bu yolun bir deyil, iki istiqamətli olduğunu vurğulayıb: "Fələstin rəhbərliyinin və Mahmud Abbasın bir şey istəyib əvəzində bir şey verməyi təklif etməsindən daha təbii olan bir şey yoxdur".

 

Qeyd edək ki, Fələstin müxtariyyəti, eyni zamanda Ərəb Liqası indiyə kimi İsraili bir dövlət olaraq tanımır. İsrail isə hesab edir ki, sülh danışıqlarının müsbət nəticələnməsi üçün İsrailin bir yəhudu dövləti olaraq tanınması vacib şərtdir.

Bütün xəbərlər Facebook səhifəmizdə