“Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə”
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDQ) Azərbaycan Mətbuat Şurası və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda iki günlük konfrans öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, konfransda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, AMŞ sədri Əflatun Amaşov, QMİ sədrinin müavini Qəmər Cavadlı, Azərbaycanın aparıcı KİV nümayəndələri iştirak edirlər.
Konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini G.İsmayılov bildirib ki, konfrnası keçirilməsində məqsəd din-media münasibətlərini müzakirə etmək, bu sahədə olan preoblemlərin həll yolunu tapmaq o cümlədən bu sahədə görüləcək işləri müzakirə etməkdir. Din-media münasibətləri Azərbaycanda həmişə aktual və əhəmiyyətli məsələ olub. Çünki milli-mənəvi dəyərlərin təbliğində medianın rolu çox böyükdür.
Sonra çıxış edən AMŞ sədri Ə.Amaşov bildirib ki, jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalıdır, ictimaiyyətə düzgün məlumat çatdırmalıdır: “Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan çoxkonfessiyalı bir ölkədir və konfessiyalar arasında münasibətlər çox yüksək səviyyədə qorunur. Biz bilməliyik ki, Azərbaycanda hansı dinin nümayəndələri yaşayır və hansı dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dini coğrafiyanı və dini prosesləri də bilməliyik ki, hansı proseslərin bizim üçün problem yaratdığını öyrən
Daha sonra çıxış edən QMİ sədrinin müavini Qəmər Cavadlı konfransın keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, din-media münasibətləri həmişə aktual olub. Bu sahdən yazan KİV nümayəndələri daha peşəkar və din haqqında məlumat olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB