Bu gün Milli Məclisin payız sessiyasının plenar iclası keçiriləcək
Bu gün Milli Məclisin payız sessiyasının plenar iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxildir. Belə ki, iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həssi haqqında", Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə olunacaq, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.
Qeyd edək ki, "2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi oktybarın 14-ünə qədər davam edəcək.
Qeyd edək ki, "2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi oktybarın 14-ünə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB