Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

İslasda 15 saylı Yasamal birinci, 14 saylı Xəzər ikinci, 86 saylı İsmayıllı, 95 saylı Tərtər, 81 saylı Beyləqan, 90 saylı Ağdaş, 113 saylı Şəki şəhər, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 104 saylı Gədəbəy-Tovuz, 12 saylı Qaradağ, 112 saylı Qax, 57 saylı Kürdəmir seçki dairələri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

 

İclasda daha çox müzakirə olunan müraciət isə 11 saylı Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Klassik Xalq Cəbhəsi partiyasının üzvü (KXCP) Bəybala Əbilin təbliğat-təşviqat kampaniyası başlamamış şəklinin və platformasının rayonun Qızıldaş qəsəbəsində divarlara yapışdırıldığına görə, dairə seçki komissiyasının namizədə etdiyi xəbərdarlıqla əlaqədar olub. İclasda çıxış edən B.Əbil onun sözügedən təbliğat materiallarından xəbərsiz olduğunu bildirib. O, qeyd edib ki, bu onun əleyhinə yönələn bir kampaniyadır. KXCP funksioneri dairə seçki komissiyasının xəbərdarlığının ləğv edilməsini MSK-dan xahiş edib. MSK üzvlərinin səsverməsindən sonra B.Əbilin müraciəti əsassız hesab edilərək 11 saylı Qaradağ seçki dairəsinin namizədə etdiyi xəbərdarlıq qüvvədə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə