Afinada “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı keçirilib
Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı keçirilib. AZƏRTAC xəbər verir ki, yüksək səviyyəli toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində VI Qlobal Bakı Forumuna hazırlıq məqsədilə təşkil edilib.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.
Beynəlxalq tədbirdə Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələləri müzakirə olunub.
UNESCO-nun xoşməramlı səfiri, “Marianna V.Vardinoyannis” Fondunun rəhbəri Marianna VARDİNOYANNİS toplantını açaraq bildirdi ki, Yunanıstan ikinci dəfədir bu yüksək səviyyəli tədbirə ev sahibliyi edir. Birinci tədbirdə olduğu kimi, bu toplantıda da ali səviyyəli qonaqlar, siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edirlər.
“Marianna V.Vardinoyannis” Fondu haqqında məlumat verən natiq bildirdi ki, Fond Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ölkələrdə baş verən qeyri-qanuni miqrant axınları, iqlim dəyişikliyi və digər problemlərin həllinə töhfələr verib.
Marianna Vardinoyannis Fondun müasir dünyada ağır şəraitdə yaşayan miqrant qadınlara, uşaqlara, qaçqınların inteqrasiyasına, onların təhsil, səhiyyə problemlərinin həllinə, insan hüquqlarına, inklüzivliyə, sivilizasiyalar arasında sülhün təmin olunmasına göstərdiyi köməyi diqqətə çatdırdı.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-FREYBERQA çıxış edərək baş ofisi Bakıda yerləşən Mərkəzin adından qonaqları salamladı. O bildirdi ki, bu toplantı da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi önəmli tədbirlər sırasındadır. O, Avro-Aralıq dənizi tərəfdaşlığı ölkələrinin tarix boyu ciddi çağırışlara məruz qaldığını dedi.
Sabiq Prezident, həmçinin dedi ki, İkinci Dünya müharibəsindən sonra yaradılan BMT-nin insan hüquqlarının qorunmasında böyük rolu olsa da, təəssüf ki, bu, sülhün tam bərqərar olması üçün kifayət deyil. Bu gün dünyanın müxtəlif bölgələrində və xüsusilə Suriyadakı insanlar münaqişələrdən əziyyət çəkirlər. “Yarım əsrdir ki, dövlətlər öz hökumətlərinə güvənmirlər. Qaçqın böhranı sosializm dövründə də olmuşdu və bu gün də Yunanıstanla bərabər bir çox ölkələrdə baş verir. Sadə insanlar əziyyət çəkirlər, evlərini itirirlər, aclığa, xəstəliyə məruz qalırlar”, - deyə Vayra Vike-Freyberqa bildirdi.
Yunanıstanın birinci xanımı Sissi PAVLOPOULOU çıxış edərək “Marianna V.Vardinoyannis” Fondunun töhfələrindən danışdı. O, Fonda Avro-Aralıq dənizi ölkələrinin mövcud problemlərinin həllinə göstərdiyi dəstəyə görə təşəkkür etdi.
Yunanıstanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Georq KATROUQALOS qeyd etdi ki, bu cür yüksək səviyyəli toplantının keçirilməsinin böyük təşəbbüs olduğunu vurğulayaraq dedi: “Şiddətli münaqişələri, Liviya, Suriya problemlərini dialoq və əməkdaşlıq yolu ilə həll etməliyik. Biz Afrika və Asiya ölkələrinin iqtisadiyyatına kömək etməliyik, bunun üçün əməkdaşlığı gücləndirməliyik”. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin adını daşıdığını diqqətə çatdırdı və böyük mütəfəkkir Nizami Gəncəvinin insanpərvərlik və sülh ideyalarının bu gün Fondun fəaliyyətində əksini tapdığını qeyd etdi.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV toplantıda çıxış etdi.
Beynəlxalq tədbirin iştirakçılarını salamlayan Əli Həsənov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və “Marianna V.Vardinoyannis” Fondunun tərəfdaşlığının ölkələrimiz arasındakı əlaqələrin və bütün regionun güclənməsində mühüm rol oynadığını vurğulayaraq dedi ki, Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub və Azərbaycan hökuməti adından bir sıra fikirlərimizi diqqətinizə çatdırmaq istəyirəm.
Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.
Prezidentin köməkçisi vurğuladı ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur.
Etnik münaqişələrin yayılma coğrafiyasının demək olar ki, dünyanın əksər bölgələrini əhatə etdiyini bildirən Əli Həsənov soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini diqqətə çatdırdı. O qeyd etdi ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.
Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasının vacib məsələlərdən biri olduğunu söyləyən Əli Həsənov bildirdi ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır.
Azərbaycan Prezidentinin köməkçisi dedi: “Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.
2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi Cənub Qaz Dəhlizinin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsinin və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlərin Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə əngəl törətdiyini vurğulayan Əli Həsənov qeyd etdi ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Biz bu qənaətdəyik ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər.
Çıxışının sonunda Əli Həsənov Yüksək Səviyyəli Toplantının işinə bir daha uğurlar arzuladı.
Sonra Akropol Muzeyinin direktoru, professor Dmitris PANTEMALİS çıxış edərək bildirdi ki, tədbirin keçirildiyi muzey hakimiyyət uğrunda gedən çox hadisələrə və güc oyunlarına şahidlik edib. Bu güc oyunları insanların xoşbəxtliyinə və bədbəxtliyinə səbəb olub. O dedi: “Bu tədbirin Akropol Muzeyində keçirilməsinin rəmzi mənası ondan ibarətdir ki, insanların sağ qalmaları və əmin-amanlıq içində yaşamaları üçün sivilizasiyalararası dialoq inkişaf etdirilməlidir”.
Daha sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq Sədri Mladen İVANİÇ çıxış etdi. O, real tərəfdaşlığın vacibliyini diqqətə çatdırdı və Aİ üçün ən böyük problemin təhlükəsizlik, iqtisadi böhran, miqrant böhranı olduğunu bildirdi. Sabiq Sədr iqtisadi tərəqqinin, ərəb böhranının həllinin, davamlı sabitliyin, insan hüquqlarının təmin olunması, demokratiyanın inkişafı üçün real tərəfdaşlığın vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, bunun üçün beynəlxalq ictimaiyyət müzakirələrə açıq olmalıdır.
Açılış çıxışlarından sonra Yüksək Səviyyəli Toplantı işini “Miqrasiya problemi xüsusi Avro-Aralıq dənizi problemi kimi” mövzusunda panel sessiyası ilə davam etdirdi.
Slovakiyanın sabiq Baş naziri İveta RADİÇOVANIN moderatorluğu ilə keçirilən paneldə “Miqrant axınları necə idarə oluna bilər? “Balanslaşdırılmış miqrasiyaya nail olmaq üçün hansı ölçülər götürülməlidir?” sualları ətrafında fikir mübadiləsi aparıldı.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət ÇƏTİN sessiyada çıxış edərək dedi ki, miqrasiyanın bugünkü vəziyyəti ciddi narahatlıq doğurur. Bu gün baş verən miqrant böhranı müharibələr, münaqişələr və iqlim dəyişikliyinin nəticəsidir. “Biz bu gün davamlı problemlərlə üzləşirik. Milyonlarla insanın əziyyət çəkməsi davam edir. Biz nə etməliyik? İlk növbədə, bu insanlara kömək etmək üçün öz səylərimizi birləşdirməliyik. Hər bir səyi dəyərləndirməliyik. Miqrantlarla bağlı problemləri həll etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Bu məqsədlərə nail olmaq üçün hərtərəfli fəaliyyət göstərməliyik”, - deyə H.Çətin əlavə etdi.
Sabiq nazir dedi ki, Türkiyənin miqrasiya böhranı mövzusunda Avropa İttifaqı ilə əməkdaşlığı davam edir. Miqrant axını nəticəsində insanların üzləşdiyi məhrumiyyətlərdən, yüksək insan itkisindən danışan H.Çətin bildirdi ki, Türkiyə öz ərazisində 3,3 milyon miqrantı yerləşdirib. Türkiyə bu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün səylərini ortaya qoyur, onların cəmiyyətdə iştirakını təmin etməyə çalışır.
Keçmiş xarici işlər naziri, həmçinin çıxışında qeyd etdi ki, bu gün bütün dünyada Avropa dəyərləri deyilən bir məfhum dillər əzbəridir. Lakin biz soruşmalıyıq: Avropa dəyərləri həqiqətən də dəyərlərdirmi? Müasir dövrümüzdə bu dəyərlərlə bağlı ciddi problemlər mövcuddur və bu dəyərlərin qorunması üçün kifayət qədər fəaliyyət göstərilmir. Bu gün Azərbaycan Avropada ən böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkədir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Dünya ictimaiyyəti, eləcə də Avropa dəyərlərini təbliğ edən ölkələr bu problemin həllinə lazımi diqqəti göstərmirlər.
BMT baş katibinin sabiq müavini Noelin HEYZER çıxışında miqrasiya probleminin ilk səbəbi kimi davam edən uzunmüddətli münaqişələri göstərdi. O qeyd etdi ki, dövlətlər bu problemlərin həlli üçün öz üzərlərinə öhdəliklər götürməlidirlər, çünki bizim cəmiyyətlər bu qədər genişmiqyaslı miqrant axınına hazır deyil. Asiyadan Avropaya üz tutan miqrantların münaqişəyə cəlb olunan ölkələrdən gəldiyini deyən natiq miqrant axını ilə bağlı qlobal səviyyədə yeni çərçivələrin formalaşdırılmasının vacibliyini söylədi.
Yunanıstanın Pireus şəhərinin meri Yannis MORALİS bildirdi ki, bu panelin onun ölkəsində də aktual olan miqrasiya probleminə həsr olunması çox yaxşı haldır. Bu gün miqrant böhranının həllinə mane olan millətçilik, populizm kimi anlayışların və radikal meyillərin ölkələr üçün təhlükəli olduğunu qeyd edən mer cəmiyyətdə, ilk növbədə, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu vurğuladı. O, həm miqrantlar, həm də miqrantları qəbul edən cəmiyyətlər üçün hazırda mövcud olmayan yeni təhlükəsizlik mühiti yaradılmalı olduğunu diqqətə çatdırdı.
Macarıstanın keçmiş Baş naziri Peter MEDQYEŞŞİ isə qeyd etdi ki, miqrasiya problemi heç də həllolunmaz bir problem deyil. Bunun üçün uzunmüddətli müzakirələrə, səbrə, çox işləməyə ehtiyac var. Biz sərhədlərin mühafizəsini gücləndirməliyik. Həqiqətən də qorunmağa ehtiyacı olan miqrantları qəbul etməliyik.
Natiq qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Şuman planına bənzər yeni bir plana ehtiyac var. Belə ki, qəbul olunan miqrantlar üçün, ilk növbədə, infrastruktur yaxşılaşdırılmalıdır, onlar normal təhsil, səhiyyə, əmək bazarına çıxışla təmin olunmalıdırlar. Bu istiqamətdə Avropanın üzərinə öhdəlik düşür ki, yeni təşəbbüslərlə çıxış etsin. O, hər il Bakıda keçirilən Qlobal forumların bu cür aktual problemlərə böyük töhfə verdiyini diqqətə çatdırdı.
Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Βenedetto ZAKKİROLİ bildirdi ki, miqrant axını bu gün təkcə Avropada deyil, bütün dünyada mövcuddur. Lakin Avropada bu problem daha çox mənfi kontekstdə şərh olunur, ksenofob və radikal meyilli siyasi qüvvələr bu mövzudan məharətlə yararlanırlar.
Avropaya gələn qaçqınların Avropa əhalisinin heç bir faizini təşkil etmədiyini bildirən B.Zakkiroli bir çox Avropa ölkələrində və ümumən cəmiyyətdə qaçqınlara, onların problemlərinə və Avropaya üz tutmalarına səbəb olan köklü problemlərə arzuolunan diqqətin göstərilmədiyini qeyd etdi. O, Türkiyə və Livan kimi ölkələrin qaçqın qəbulunda bütün Avropadan daha çox işlər gördüyünü diqqətə çatdıraraq, yerli əhalinin sayı ilə nisbətdə hər iki ölkənin Avropa ilə müqayisədə daha çox qaçqına qucaq açdığını vurğuladı. Koalisiyanın rəhbəri çıxışının sonunda qeyd etdi ki, insanların müxtəlif səbəblərdən yerdəyişməsi və miqrant axını əbədidir və hər zaman mövcud olacaq. Eyni zamanda, bu axınlar təkcə siyasi səbəblərdən baş vermir. Müharibələrlə yanaşı, iqlim dəyişiklikləri və iqtisadi böhranlar miqrant axınına ciddi təsir göstərir. Vacibdir ki, bu axınların yaranma səbəbi və düzgün istiqamətlənməsi ilə bağlı beynəlxalq ictimaiyyət vaxtında doğru qərarlar qəbul edə bilsin.
Sonra mövzu ilə bağlı müzakirələr aparıldı, suallar cavablandırıldı. Toplantı işini noyabrın 23-də başa çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
General Lapinin oğlu Denis Ukraynada öldürülüb…
Dünya 00:26“Sizə hücum bizim hamımıza hücum olacaq...”
Dünya 00:15Rusiyada qiymətləri ən çox ucuzlaşan avtomobillər...
Maraqlı 6 May 23:52ABŞ unikal X-62A VISTA qırıcısını sınaqdan keçirib
Texnologiya 6 May 23:43Səhər durdunuz, ilk olaraq su için...
Səhiyyə 6 May 23:34Türkiyәnin tәbii qazla bağlı hәdәflәri
Dünya 6 May 23:25İzmitdə VII Qaqauz foto sərgisi...
Dünya 6 May 23:17Proxor Şalyapin Puqaçovanı həyasız qadın adlandırıb...
Şou-Biznes 6 May 23:06Ukrayna artıq müttəfiqlərindən "Patriot" sistemləri alır
Dünya 6 May 22:54"Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır..."
Dünya 6 May 22:43İsrail Rəfahdakı dinc sakinləri təxliyə etməyə çağırır
Dünya 6 May 22:35"Real"a transfer olmaq başıma gələn ən yaxşı hadisədir"
İdman 6 May 22:24Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
Mədəniyyət 6 May 22:15Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib
İdman 6 May 22:067 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfər
Dünya 6 May 21:58Şirkət artıq Rusiya ilə əlaqəli deyil
Dünya 6 May 21:45HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
Dünya 6 May 21:35“Biz əsgərlərimizin həyatı ilə oynamamalıyıq...”
Dünya 6 May 21:17Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
İdman 6 May 21:04Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
Mədəniyyət 6 May 20:55Naxçıvanda YAP veteranlarının gənclərlə görüşü keçirilib
Sosial 6 May 20:52Dövlət Duması aliment ödəməyənlərin reyestri haqqında qanun qəbul edib
Dünya 6 May 20:44Qaradağ rayonunda Ulu Öndərə həsr olunmuş velosiped yarışı keçirilib
Sosial 6 May 20:35Polşalı hakim Belarusa sığınmaq istəyib..?
Dünya 6 May 20:34İstanbulda akkumulyator istehsalı fabriki açılıb
Dünya 6 May 20:23Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək
Siyasət 6 May 20:18Filip Lazzarini: ''Qəzzada humanitar yardım karvanlarına atəş açılıb
Dünya 6 May 20:05Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb
Sosial 6 May 19:54Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
Mədəniyyət 6 May 19:46İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
Dünya 6 May 19:36Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 6 May 19:30Xose Raul Mulino Panama prezidenti seçilib...
Dünya 6 May 19:24Hakim Trampdan susmağı xahiş edir...
Dünya 6 May 19:16Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb
Sosial 6 May 19:08Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
İdman 6 May 19:04Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
Mədəniyyət 6 May 18:56Laçında müntəzəm marşrut xətləri açılıb...
Sosial 6 May 18:52Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib
Sosial 6 May 18:44Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Dünya 6 May 18:37Numan Kurtulmuş Meksikada sәfәrdәdir
Dünya 6 May 18:25Bu bölgədə də miqrantlar taksi sürücüsü və daşıyıcı işləyə bilməz!..
Dünya 6 May 18:16Rusların əksəriyyəti Putinə inanır..?
Dünya 6 May 18:04Səfirlik işçisinin arvadı ərindən şikayətçidir...
Dünya 6 May 17:56"Ümummilli lider 101 illiyi"nə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR
Siyasət 6 May 17:24Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
Dünya 6 May 17:22İkiüzlülük və ikili standartlarla bağlı ETİRAF - TƏHLİL
Siyasət 6 May 17:11BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub - FOTO
Təhsil 6 May 17:06Mbappe Useyn Boltun yarış təklifini qəbul edib
İdman 6 May 17:05“Heydər Əliyev və Azərbaycan ifadələri hər zaman qoşa çəkilir” - ŞƏRH EDİLDİ
Siyasət 6 May 16:59Qubad cinayətkar ola bilməzmi?
Köşə yazıları 6 May 16:51Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Təhsil 6 May 16:45Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb - FOTOLAR
İdman 6 May 16:43Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
İdman 6 May 16:38Şotlandiya Milli Partiyasına yeni lider seçilib
Dünya 6 May 16:17Səfir Mark Libbin Xədicə İsmayılla nəyi müzakirə edə bilər? ANALİZ
Siyasət 6 May 16:15Metroda köhnə qatarlarda niyə kondisioner işləmir? - QURUM RƏSMİSİ AÇIQLADI
Sosial 6 May 16:11Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
Dünya 6 May 16:08Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib
İqtisadiyyat 6 May 16:06Lionel Messi MLS-də yeni rekorda imza atıb
İdman 6 May 16:04Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
Dünya 6 May 16:03Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
Siyasət 6 May 15:52Tolerantlıq və dözümlülük mərkəzi – Azərbaycan TƏHLİL
Siyasət 6 May 15:52Xətai rayonunun məktəbliləri arasında şahmat turniri keçirilib - FOTO
Sosial 6 May 15:47Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib - FOTOLAR
Sosial 6 May 15:42“Azəristiliktəchizat” auditor seçir
İqtisadiyyat 6 May 15:40İki bədən, bir baş -FELYETON
Sosial 6 May 15:35Sabunçu rayon məktəbliləri arasında şahmat turniri keçirilib - FOTOLAR
İdman 6 May 15:34Qrossi İrandadır
Dünya 6 May 15:20Bu ölkələr arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
Dünya 6 May 15:18Almaniya Moskvadakı səfirini geri çağırır
Dünya 6 May 15:17“Qarabağın bərpası ÜDM-də daha yüksək artımlara imkan yaradacaq” - DEPUTAT FİKİR BİLDİRDİ
İqtisadiyyat 6 May 15:07Azərbaycanla Həştərxanın tarixi dostluq bağları - ŞƏRH
Siyasət 6 May 15:04Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
İdman 6 May 14:53Qubadlıda sümük fraqmenti aşkarlanıb
Hadisə 6 May 14:50Heydər Əliyev ideyaları müasir Azərbaycanın dövlətçilik irsi kontekstində TƏHLİL
Siyasət 6 May 14:47UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
Təhsil 6 May 14:47Turistlərin cəsədləri quyunun dibindən tapıldı
Dünya 6 May 14:43AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
Sosial 6 May 14:35ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb
Siyasət 6 May 14:24Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
Hadisə 6 May 14:23“Neftçi”dən səfər matçlarında antirekord
İdman 6 May 14:20"COP29 genişmiqyaslı beynəlxalq tədbirdir" - ŞƏRH EDİLDİ
Siyasət 6 May 14:17Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib
İdman 6 May 14:16Özəl xəbərlər
Digər xəbərlərİkiüzlülük və ikili standartlarla bağlı ETİRAF - TƏHLİL
Siyasət 6 May 17:11“Heydər Əliyev və Azərbaycan ifadələri hər zaman qoşa çəkilir” - ŞƏRH EDİLDİ
Siyasət 6 May 16:59Metroda köhnə qatarlarda niyə kondisioner işləmir? - QURUM RƏSMİSİ AÇIQLADI
Sosial 6 May 16:11Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8297 +0,28%
- GBP 2,1326 -0,03%
- RUB 0,0185 0,00%