Elmar Məmmədyarov Gürcüstana gedəcək

Elmar Məmmədyarov Gürcüstana gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 14-16-da Gürcüstanda işgüzar səfərdə olacaq. SİA-nın verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Tiflisdə keçirdiyi brifinqdə açıqlayıb. O bildirib ki, E.Məmmədyarov gürcü həmkarı Qriqol Vaşadze və digər rəsmi şəxslərlə görüşəcək. Görüşdə iki tərəfli münasibətlərin hazırki vəziyyəti müzakirə olunacaq.

 

O, qeyd edib ki, iki nazirin görüş barəsidə razılaşması sentyabrda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində əldə olunub.

 

Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri Q. Vaşadze bu ilin iyulunda Azərbaycanda işgüzar səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə