Müstəqilliyimizin ilk vaxtlarında ağır ictimai-siyasi və hərbi vəziyyətdə dövlət yaratmaq, onu qorumaq, inkişaf etdirmək üçün vətəndaşları, bütün qüvvələri bir amal, bir məqsəd uğrunda ətrafına birləşdirən siyasi partiya lazım idi. İyirmi beş il əvvəl, belə bir vaxtda Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Ulu Öndərin rəhbərliyi ilə yaranan partiya qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi.
Bu fikirlər noyabrın 16-da Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunan yığıncaqda səsləndirilib.
Əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi ziyarət olunub.
Yubiley tədbirində YAP rayon təşkilatının sədri Ağaəli Kərimlinin partiyanın 25 illiyi münasibətilə məruzəsi dinlənilib, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, YAP-ın veteran üzvləri Qasım Hüseynov, Mehrab Abdurahmanov, rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva və başqaları çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının 25 ildə keçdiyi çətin və şərəfli yoldan, dövlətçiliyimzin inkişafındakı xidmətlərindən danışılıb, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə zəmin yaratdığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, YAP ölkəmizin sosial-siyasi həyatında həmişə ön sırada dayanıb, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olub. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı regionun lider dövlətinə çevirib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına fəxri fərmanlar və hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB