Tahir Kərimli: "Müxalifətin fəaliyyəti şər və böhtan üzərində qurulub MÜSAHİBƏ
Müsahibimiz Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, bir-birinə rəqib olan dağıdıcı müxalif partiya finksionerləri arasında isti münasibətləri yarandığı müşahidə olunur. Düşmənçiliyin dostluğa çevrilməsində xarici maraqlı qüvvələrin rolunun olduğunu demək olarmı?
- Radikal müxalifət düşərgəsini təmsil edən şəxslər arasında isti münasibətlərin cəmiyyət üzərində qurula biləcəyi inandırıcı deyil. Yəni müxalifətin danışdığı reallığa əsaslanmır. Özlərini reklam etmək üçün bu varianta əl atıblar. Fakt budur ki, müxalif partiya rəhbərlərinin bir-birinə qarşı qəzəbi və nifrəti var. Onların arasında dərin qeyri-səmimi münasibətlər isti münasibətlərin yaranmasına imkan verə bilməz. Cəmiyyətdə uğur qazana bilməmələrinin də səbəbi bir-birinə düşmən gözü ilə baxmalarıdır.
- "GAP" lideri Rəsul Quliyev Bakıya qayıdacağı və prezident seçkilərinə qatılacağını bəyan edib. Sizcə, onun Bakıya gəlib öz iddiasını reallaşdırmaq imkanı varmı?
- R.Quliyevin Bakıya qayıdaraq müxalifətin "vahid namizədi" kimi, prezident seçkilərinə qatılması real deyil. Bu baxımdan da, onun Bakıya qayıdaraq namizədliyini irəli sürməsi illüziyalara əsaslanır və heç bir real əsasları olmayan sözlərdir. Sadəcə olaraq, arzudur və o, arzularını həyata keçirmək istəyirlər. Əgər R.Quliyev özü-özünü müxtəlif anormal təklifləri, açıqlamaları ilə yada salmasaydı, xalq belə bir varlığın olmasını tamamilə yaddan çıxmışdı. Belə olan halda, R.Quliyev hansı real şanslardan danışa bilər? Belə şansları mən görmürəm.
- Ümumiyyətlə, İsa Qəmbər və Əli Kərimli kimi böyük iddialı müxalif partiya sədrləri başqa birinin namizəd olaraq ortaya çıxmasına imkan verə bilərlərmi?
- Adları çəkilən həmin şəxslər, eləcə də, R.Quliyev ən yaxşı halda, müxalifətin yalnız bir hissəsinin namizədi ola bilər. Digər tərəfdən də, onsuz da radikal müxalifətin bu seçkilərdə cüzi uğur qazanmaq şansları belə yoxdur. Çünki onların xalqımız tərəfindən dəstəkləri yoxdur. Ümumiyyətlə, bu gün müxalifəti ideologiya və vahid məqsəd birləşdirmir. Yəni bu qüvvələri hansısa maraqların birliyi tələb edəndə bir olurlar. Ona görə də, bu şəxslərin heç biri bir-birinə güzəştə gedən deyil.
- Son vaxtlar qondarma hüquq müdafiəçiləri Xədicə İsmayıl və Leyla Yunus Azərbaycana qarşı şər və böhtan xarakterli ittihamlarını daha geniş şəkildə işlətməyə başlayıblar. Sizcə, bunun arxasında "Soros" fondunun və digər qərəzli təşkilatların dayandığını demək olarmı?
- Artıq "SOROS" fondunun keçmiş və indiki fəaliiyəti ABŞ hüquq - mühafizə orqanları tərəfindən araşdırılır. Bu insanın açıqdan-açığa pozuculuq fəaliyyəti ortadadır. Corc Sorosun qazanclarının heç biri şəffaf deyil. Milyardlarla haram pul qazanan bir adamın halalıqdan, demokratiyadan danışması və bunu vaşqa ölkələrə ixrac etməyə çalışması gülüş doğurur. Onun yardımlarının hamsının əsasında haramlıq və nahaqlıq dayanıb. "SOROS" və onun kimi digər təşkilatlar bəzi ölkələrin içərisində müxalifəti maliyyələşdirərək, onlardan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu baxımdan, Xədicə İsmayıl, Leyla Yunus kimilərinin Azərbaycana qarşı şər və böhtan xarakterli ittihamlar səsləndirmələrinin arxasında "SOROS" kimi qərəzli, məkrli təşkilatlar dayanır. Ancaq kimin nə deməsindən və danışmasından asılı olmayaraq, Azərbycan öz demokratik dəyərlərinə sadiq olaraq qalacaq, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətidə islahatlarını davam etdirəcək. Onlara isə, hay-küy salmaq qalacaq. Qısası, "it hürər, karvan keçər".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB