Ərdoğan yenidən Rusiyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, budəfəki səfərin məqsədi Rusiya, İran ve Türkiyə arasında keçiriləcək üçtərəfli zirvə toplantısında iştirak etməkdir.

Məlumata görə, toplantının əsas mövzusu Suriya olacaq. Tərəflər Suriyada baş verənlər və ölkədəki son vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə rusiyalı həmkarı ilə görüşmüşdü. Görüşdə ölkələr arasında münasibətlər, Suriya və Dağlıq Qarabağ probleminin həlli müzakirə edilmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə