YAP Qaradağ rayon təşkilatında veteran qadin üzvlərlə görüş keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurası Gənclər Birliyi ilə birlikdə partiyanın veteran qadin üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasnın sədri Hicran Xəlilova tədbirdə açılış nitqi ilə çıxış edib.
H.Xəlilova partiyanın yaranma tarixindən, ötən 25 il ərzində görülən işlərdən danışıb: "1995-ci ildən Yeni Azərbaycan Partiyasının tərkibində Qadınlar Şurası fəaliyyət göstərir. Azərbaycan dövləti həyata keçirdiyi qadın siyasətində də böyük nailiyyətlər əldə edib. Sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atılıb. Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, respublikamızın, eləcə də rayonumuzun daha da çiçəklənməsi, gözəlləşməsi üçün səylə çalışmalıyıq”.
YAP Qaradağ Gənclər Birliyinin sədri Ramiz Yusubov çıxış edərək bildirib ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür, onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində sosial, elm və təhsil, humanitar, İKT, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirilir.
YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, YAP Qaradağ rayon təşkilatı Qadınlar şurasnın üzvü Könül Əhmədova, veteran qadınlardan Xatirə, Zümrüd, Pakizə, Şölə, Xanımgül, Təranə, Şəfiqə adlı partiya mənsubları çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırdığını, əsası Ümummilli Lider tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın güclü dövlətinə çevrildiyini və bu işdə Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini, ədəbiyyatını, tarixini dünyada tanıdan Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB