İndiyə kimi Mərkəzi Seçki Komissiyası tərəfindən 480 nəfərin namizədliyi qeydə alınıb

İndiyə kimi Mərkəzi Seçki Komissiyası tərəfindən 480 nəfərin namizədliyi qeydə alınıb

Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərdə namizədliyi qeydə alınanların sayı 480-ə çatıb. SİA-ya Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, bu 8 oktyabr saat 20:00-a olan məlumatdır.

 

Sənədlərini təsdiq edən 1438 nəfərdən 1411-i imza vərəqəsini alıb. İmza vərəqinin qaytaranların sayı 1099 nəfərdir. Namizədlikdən imtina edənlərin sayı 149-dur. 3 nəfər isə qeydə alındıqdan sonra namizədlikdən imtina edib.

 

Namizədlərin qeydə alınması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə