Ərdoğan: "Putinlə Dağlıq Qarabağı müzakirə edəcəyik"

Ərdoğan: "Putinlə Dağlıq Qarabağı müzakirə edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək . SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Soçiyə səfər etməmişdən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə prezidenti səfər öncəsi həmkarı ilə müzakirə edəcək digər məsələləri də açıqlayıb. O bildirib ki, Türkiyə Rusiya ilə ticarət əlaqələri ilə bağlı məhdudiyyətlərin bir hissəsinin tamamilə aradan qaldırılması və iki ölkə arasında viza rejiminin bərpa edilməsinə ümid etdiyini açıqlayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyənin ilk gündən qarşısına qoyduğu məqsəd Rusiya ilə ticarətin həcmini 100 milyard dollara çatdırmaqdır və bunun üçün mümkün addımlar atılır: "Məqsədimizə nail olmaq üçün demək olar ki, bütün maneələr aradan qaldırılıb. Ümid edirəm ki, iki ölkə arasında ticarət məhdudiyyətləri yaxın gələcəkdə ləğv ediləcək. Bundan başqa görüş zamanı həmkarım Vladimir Putini sadələşdirilmiş viza rejiminin bərpası ilə əlaqədar gözləntilərimiz haqqında məlumatlandırmaq istəyirəm".

Dövlət başçısı qeyd edib ki, Putinlə danışıqlar zamanı ikitərəfli münasibətlərdən əlavə regional proseslər, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə olunacaq.

Ərdoğan Soçidən sonra Qatar və küveytə səfər edəcəyini də açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə