Bu gündən faktaraşdırıcı missiya Dağlıq Qarabağ ətrafındakı ərazilərdə vəziyyəti qiymətləndirəcək
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərinin bu gündən Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri başlayır. SİA-nın xəbərinə görə, işğal altındakı Xankəndində olan qiymətləndirici missiya Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarına- Ağdam, Füzuli, Qubadlı, Laçın və Kəlbəcərə gedəcəklər. Missiya ekspertlərlə birlikdə növbəli şəkildə işğal altındakı rayonlarda qiymətləndirmə aparacaq.
Qiymətləndirici missiyanın oktyabrın 13-14-də başa çatacağı gözlənilir. Qeyd edək ki, ötən gün isə missiya üzvləri Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB