Türkiyə Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb

Türkiyə Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb

Türkiyədə Kars valiliyi tərəfindən Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, nəzarət kameraları sərhəd xəttinin daimi nəzarət altında saxlanılması məqsədi ilə quraşdırılıb. Hazırda kameraların sınaqdan keçirilməsinin davam etdiyi bildirilir.
Valilikdən həmçinin bildirilib ki, 2 milyon 880 min lirə başa gələn layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə