"Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu"
YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının və YAP Suraxanı rayon təşkilatının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə "Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP-ın Suraxanı, Sabunçu, Xəzər, Nizami və Şuşa rayon təşkilatlarını qadınlar şuralarının üzvləri iştirak ediblər. YAP Suraxanı rayontəşkilatının qərargahında keçirilən tədbir dövlət himnin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan qadınlarına həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb. Təşkilat sədri qeyd edib ki, partiyamızın sıralarında qadınların da təmsilçiliyi çox yüksəkdir.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, bugünlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildöünümü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, bunun çox böyük mənası var: «1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizə uzanan əllər bir fürsət gözləyirdi. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdı. Ona görə də, ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün Ulu öndər Heydər Əliyev YAP-ı yaratdı və əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları gələcək. Bu insanların köməyi ilə hərc-mərclik aradan qaldırılacaq. YAP-ın yaranması buna çox ümidverici cavab oldu. Adından göründüyü kimi, Ulu öndər yeniləşən Azərbaycanda yeni partiya yaratdı, insanlarin gücünü bu partiyada səfərbər etdi». N.Əliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi: «Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Ilk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat aparan qadınlarımız YAP-ın sıralarına dəstə-dəstə gəlirdilər. Onları bu partiyanın sıralarına gətirən Heydər Əliyev zəkasına, onun müdrük siyasətinə olan böyük inam, ümid və etibar idi. Bu sarsılmaz inamla onlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər».
N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva çıxışında ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafındakı mühüm rolundan ətraflı danışıb. O deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrilib.
Partiyanın sıralarında qadınların təmsilçiliyinin yüksək olduğunu deyən S.Fətəliyevanın sözlərinə görə, ölkəmizdə gender bərabərliyi tam təmin olunub. O, ölkə parlamenti tərəfindən qadın hüquları iləç bağlı müvaifq qanunların qanunların qəbul edildiyini, eləcə də ölkəmizin gender məsələləri ilə əlaqədar xeyli sayda beynəlxalq konvensiyaya qoşulduğunu diqqətə çatdırıb.
YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib.
Millət vəkili Dilarə Cəbrayılova isə qeyd edib ki, Azərbaycan bu gün xalq iqtidar birliyinin nəticəsində Ulu öndərin müəyyən etdiyi strateji xətlə inamla inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib. Partiyada qadınların təmsilçiliyinə gəlincə, İ.Abasov qadınların ölkənin ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etdiklərini bildirib.
Tədbirdə həmçinin YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvin Hacıyeva və YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək partiyamızın ötən 25 ildə keçdiyi şərəfli yoldan, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakından ətraflı bəhs ediblər.
Sonda YAP sıraların ayeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB