Tuluza Gebbard Şuşaya və Xankəndinə qanunsuz səfər edib, İndiana isə “erməni soyqırımını” tanıyan sayca 48-ci ştat olub
ABŞ-dakı erməni lobbisinin təsiri altında fəaliyyət göstərən konqersmen Tuluza Gebbard Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. SİA xəbər verir ki, Ermənistanın 1in.am saytının yazdığına görə, ermənipərəst konqresmen özünün Ermənistana və Dağlıq Qarabağın işğal altındakı ərazilərinə etdiyi səfər təəssüratlarını bölüşərkən aşkar həyasızlıq göstərərək bəyan edib ki, guya “Azərbaycanın ölkə rəhbərliyi tərəfindən təmas xəttində yürüdülən aqressiya siyasəti danışıqlar prosesinin pozulmasına səbəb olur”.
Erməni saytında o da qeyd olunur ki, Gebbardın San-Fransiskoda düzənlənən ANCA forumunda səsləndirdiyi bu bəyanatını “Armenian Weekly” yazyıb.
Qondarma “DQR”i və “erməni soyqırımını” tanıyan Tuluza Gebbar və Erik Holkomb tarix qarşısında cavab verməyə məhkum olacaqlar!
Beləliklə, növbəti dəfə aşkar ermənipərəstlik həyasızlığı sərgiləyən ABŞ konqresmeninə görə, o Şuşada və Xankəndində yaşayan ermənilərin işğal olunmuş ərazilərdə “gələcəyə necə uyğunlaşdıqlarının şahidinə çevrildiyini” deyib.
Lakin bu da son deyil. Tuluza Gebbard Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatı ilə bildirib ki, guya ölkəmiz regiondakı vəziyyəti destabilizə edir və ölkə rəhbərliyimiz sülh danışıqlarında iştirak edən həmsədrlərin işlərinə mane olurmuş (?!-R.N.) Ermənipərəst konqresmen Havay ştatını təmsil etdiyini xatırladaraq 2016-cı ildə bu ştatın qondarma “DQR”i “müstəqil ölkə” olaraq tanıdığını da bildirib.
Bütün bu kimi siyasi həyasızlıqlar isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, bu gün Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ikili standartların mövcudluğu ikili standartların nəticəssidir. Xüsusilə, münaqişənin həllində həmsədr ölkə kimi fəaliyyət göstərən bəzi ermənipərəst ABŞ konqresmenlərinin açıq şəkildə bənzər çıxışlara yol vermələri bu problemin ədalətli çərçivədə həllinə ciddi mane olur. Bu baxımdan, Tuluza Gebbardın məlum fəaliyyəti aşkar bu istiqamətə yönəlmiş addım olaraq qiymətləndirilə bilər.
Onu da qeyd edək ki, bu günlərdə daha bir ABŞ ştatı qondarma erməni soyqırımını tanıdığını bəyan edib. “Soyqırımını” 48-ci ştat olaraq tanıyan İndiananın qubernatoru Erik Holkomb bu dırnaqarası olayı qəbul edən sənədə imza atdıqlarını utanmadan bəyan edib. Hətta Amerikanın erməni milli komitəsinin şərq qanadı bununla bağlı informasiya yayıb ki, ermənipərəst qubernator noyabrın 6-dan 12-dək İndiana ştatında “Ermənistan həftəsi”nin keçirilməsi ilə bağlı qərar verib.
İndiana ştatının qubernatorunun sözlərindən vəcdə gələn erməni icması isə bir az da irəli gedərək, guya Osmanlı İmperiyasında “soyqırımına” məruz qalmış ermənilərin bu gün İŞİD terror təşkilatı tərəfindən Yaxın Şərqdə xristianlara qarşı törədilən vəhşiliklərə bənzədiyini simasızcasına bəyan edib. Üstəlik, Türkiyə hökuməti “həqiqəti girovda saxlamaqda” ittiham olunub.
Azərbaycanın və Türkiyənin birgə regional və beynəlxalq əməkdaşlığı kimlərisə bərk narahat edir
Beləliklə, bir daha sübuta yetirilib ki, real həqiqətləri və tarixi saxtalaşdıran erməni lobbisi Azərbaycan və Türkiyə dövlətlərinə qarşı çıxış etmək üçün var gücünü ortaya qoyub. Lakin ədalət hər zaman qalib olduğu kimi haqq da batili yenib. Son zamanlar Azərbaycanın və Türkiyənin birgə regional və beynəlxalq əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsinə digər ölkələrin də qatılmaq maraqlarının artması, yüksəkliyi əsl reallığı ortaya çıxaracaq. Bax, onda Tuluza Gebbard, Erik Holkomb kimi erməni lobbisinin puluna ağız suyu axıdanlar çox pis vəziyyətdə qalmalı olacaqlar. Çünki tarix qarşısında belələri cavab verməyə məhkumdurlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB