Cari ilin 28 oktyabr tarixində Almaniyada "Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri" sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin bu il həyata keçirdiyi və böyük səs gətirən "Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri" adlı layihəsi Almaniyadakı Azərbaycan səfirliyinin və fövqəladə və səlahiyyətli səfir Pərviz Şahbazovun dəvəti ilə 27-28 oktyabr ayında bu ölkəyə dəvət alıb. Sərgi 2010-cu ilin oktyabr ayının 28-də Hubertusallee 43-də səfirliyin binasında keçirləcək.
Qeyd edək ki, sərgi zamanı Ağdamın işğaldan əvvəl 30 və işğaldan sonrakı əks olunan 30 fotosu müxtəlif ölçülərdə, böyüdülmüş şəkildə nümayiş olunacaq. Həmçinin sərginin gedişi boyu tamaşaçılara 8 dəqiqəlik "Qafqaz Xirosiması" filmi 3 -Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB