ABŞ Prezidenti Donald Trampın bu gün Asiyanın 5 ölkəsinə rəsmi səfəri başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, ilk olaraq Yaponiyaya səfər edəcək. Belə ki, D.Trampın Yaponiyaya rəsmi səfəri çərçivəsində Şimali Koreya məsələsi müzakirə ediləcək. Tərəflər Şimali Koreyaya qarşı birgə cəbhə formalaşdırmağı nəzərdən keçirirlər.
Onun səfəri 12 günlükdür və Yokotada yapon rəsmiləri ilə regional təhlükəsizlik üçün birgə ittifaqın vacibliyinə toxunacaqlar.
D.Tramp Yaponiyadan başqa Cənubi Koreya, Çin,Viyetnam və Filippinə səfər edəcək.
Xatırladaq ki, sabiq ABŞ prezidenti Corc Buşun 1992-ci ildə Asiyaya səfəri olmuşdu. Bu, 1992-ci ildən sonra həyata keçirilmiş ilk səfərdir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB