"Azərbaycan regionda qlobal əhəmiyyətli transmilli layihələrin reallaşmasında lider mövqeyə malikdir" MÖVQE

"Azərbaycan regionda qlobal əhəmiyyətli transmilli layihələrin reallaşmasında lider mövqeyə malikdir" MÖVQE

"Azərbaycan regionda qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Ölkəmizin bölgədə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının əsas təşəbbüskarı olduğunu dilə gətirən deputat söyləyib ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli nəticələr verir.

S. Fətəliyevanın sözlərinə görə, ümumiyyətlə, regional əməkdaşlıq formatlarının yaranmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir: "Hazırda beynəlxalq münasibətlərdə vacib amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük önəm kəsb edir".

Deputat qeyd edib ki, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub: "Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin reallaşması, noyabrın 1-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşünün keçirilməsi də bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü, Azərbaycan-Türkiyə-Gürcüstanı birləşdirən mühüm layihə bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizə üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar regionumuzun inkişafı üçün çox faydalıdır".

"Hazırda beynəlxalq münasibətlərdə vacib amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük önəm kəsb edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə