Parlament 2011-ci ilin dövlət büdcəsini 3 gün müzakirə edəcək

Parlament 2011-ci ilin dövlət büdcəsini 3 gün müzakirə edəcək
Oktyabrın 12, 13 və 14-də parlamentdə 2011-ci ilin dövlət büdcəsi haqda qanun layihəsi müzakirə olunacaq. SİA-nın məlumatına görə, layihə bir neçə gün öncə Milli Məclisə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi zərfində büdcə gəlirləri 12 061 000,0 min manat, xərcləri 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min manat) məbləğində nəzərdə tutulub.

Xatırladaq ki, bu gün Elm və təhsil, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında da qanun layihəsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə