İtaliya Senatının sədr müavini Linda Lanzillotta “Agenzia Nova” xəbər agentliyinə Azərbaycana səfəri ilə bağlı müsahibə verib. AZƏRTAC xəbər verir ki, Linda Lanzillotta Azərbaycana səfərinin əsas məqsədinin ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, yüksək səviyyəli görüşlərin keçirilməsi olduğunu deyib. O, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə keçirdiyi görüşlərdən danışıb. Enerji sahəsində əməkdaşlığa toxunan Senatın sədr müavini Bakıdakı görüşlərində Trans-Adriatik boru kəmərinin (TAP) İtaliya üçün əhəmiyyətindən danışdığını bildirib.
Linda Lanzillotta Azərbaycan ilə İtaliya arasında infrastruktur, sənaye, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib. O, Azərbaycanın İtaliya ilə mədəni əlaqələri də genişləndirmək niyyətində olduğunu bildirərək, ölkəsi üçün də xristian icmasının inteqrasiya olunduğu müasir müsəlman modelini izləməyin maraq kəsb etdiyini vurğulayıb.
Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.agenzianova.com/a/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB