AMİP-in irəli sürdüyü namizədlərdən 7-i qeydə alınıb

AMİP-in irəli sürdüyü namizədlərdən 7-i qeydə alınıb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parlament seçkilərinə irəli sürdüyü namizədlərdən 34-ü imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalara təhvil verib. SİA-ya açıqlamasında bu haqda məlumat verən partiyanın seçki məsələləri üzrə katibi Rəşad Bayramov onlardan 14-nün imza vərəqələrinin yoxlanıldığını bildirib. Onlardan da 7-nin qeydə alındığını, digərlərinin isə qeydiyyatdan imtina edildiyini deyən partiyanın seçki məsələləri üzrə katibi namizədlərin qeydə alınmaması üçün absurd iddiaların irəli sürüldüyünü qeyd edib: "Daha acınacaqlı hal isə 43 saylı Sumqayıt üçüncü seçki dairəsində qeydə alınıb. Məsələ belədir ki, imza vərəqələrin üçündə "Sumqayıt şəhəri" sözü yazılmayaraq yalnız ünvan yazılıb. Dairə seçki komissiyası namizədə də xəbərdarlıq etmədən həmin imza vərəqələrini etibarsız hesab edib. Seçki Məcəlləsinə görə, hər hansı bir anlaşılmazlıq olarsa namizədə xəbər verilməli idi. Namizədə xəbər verilsəydi, namizəd həmin imza vərəqələrinə "Sumqayıt şəhəri" sözünü əlavə edə bilərdi. Təbii ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik".

 

İlk olaraq 13 namizədini imzatoplama kampaniyasından geri çəkən AMİP-in irəli sürdüyü namizədlərdən daha 4-ü geri çəkilib. Qeyd edək ki, partiya seçkilərə 70 namizədlə qatılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə