AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək
Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sayca ikinci görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin müzakirəsi davam etdiriləcək. Bu dəfəki görüşün də təşəbbüsçüsü AŞPA sədri Mövlüd Çavuşoğludur.
Qeyd edək ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri oktyabrın 5-də də görüşmüşdülər. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, Ermənistan tərəfindən isə bu ölkənin nümayəndə heyətinin rəhbəri David Harutyunyan və onun köməkçisi Armen Rustamyan iştirak edib. Bundan əlavə, tərəflərin danışıqlarına AŞPA-nın baş katibi Matias Sorinas da qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB