QHT rəsmisi Bakı-Tbilisi-Qarsın əhəmiyyətindən danışdı AÇIQLAMA
“Bakı-Tbilisi-Qars layihəsinin ölkəmiz üçün önəmi yalnız siyasi və iqtisadi anlam daşımır, bütün əməli fəaliyyət, o cümlədən mədəni, psixoloji sahələri üzrə önəm daşıyır”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə bir infrastruktur layihəsidir: “İkincisi, tarixi İpək Yolunun dəmir relslər üzərinə keçirilmiş bir hissəsidir. Üçüncüsü, strateji ortaqları birləşdirən, bir qardaşın torpağından başlayıb, o biri qardaşın torpağınadək davam edən bir yoldur. Dördüncüsü, bu dəmir yolu layihəsi neçə-neçə siyasi, iqtisadi və başqa maneələri aşaraq, gerçəkləşib. Bu layihənin gerçəkləşməsi Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın prinsi-piallığının, cəsarətli qərarlarının bəhrəsidir. Beşincisi, Bakı-Tbilisi-Qars bundan sonra da davam edəcək bir layihədir: yolları yollara, şəhərləri şəhərlərə, ölkələri ölkələrə, təsərrüfatları təsərrüfatlara bağlayacaq layihə... Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Bu nəqliyyat dəhlizi Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.
Bildiyiniz kimi Avrasiya planetimizin mərkəzi və ən böyük materikidir. Bu materikdə onlarla dövlət mövcuddur. Bu coğrafiyada iqtisadi inkişaf bütün dünyadakı iqtisadi inkişafa da təsirsiz ötüşməyəcək.
Ümumiyyətlə, Azərbaycan prezidentnin başçılığı ilə bir çox digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün də vacib işlər görülür. Həm ölkə daxilində çağdaş nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi gəlirlər qazandırır.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkə¬nin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə addımlar isə ölkəmizin cəlbediciliyini daha da artırır, yeni biznes və məşğulluq imkanlarının yaran-masına yol açır.
O da təsadüfi deyil ki, Bakıda və respublikamızın bölgələrində uluslararası hava liman-larının, quzeylə güneyi birləşdirən, habelə başqa nəqliyyat dəhlizləri istiqamətində uluslararası miqyasda önəm daşıyan avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsinə başlanılıb və xeyli iş görülüb, yükdaşımaların həcmində artım qeydə alınıb.
Digər yandan, bölgə işbirliyində Bakı-Tbilisi-Qarsdan daha öncəki Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum layihəsini də xatırlayırıq və görürük ki, strateji işbirliyi davamlı, daha da möhkəmlənən bir xarakterə sahibdir. Məhz bu davamlı, güclənən çoxvektorlu işbirliyinin gedişatı, işğalçı Ermənistanın xalqını da düşün¬düməyə bilməz və işğalçı dövlətin başbilənləri öz xalqına bölgənin iri layihələrindən qıraqda qalmağın hesabatını, izahatını verməlidir.
Azərbaycansa, konstruktiv işbirliyində maraqlı ölkələrlə etibarlı tərəfdaşlığını bir daha sübut etməkdədir. İqtisadiyyatımız gücləndikcə ordumuz da güclənir. Güclü ordu isə düşmənə göz dağı olub, tarixi zəfər günümüzü yaxınlaşdıran amillərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB