Polisin seçkilərdə iştirakı ilə bağlı 5500 ədəd yaddaş kitabçası nəşr olunub
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Natiq Məmmədov və Komissiyanın üzvləri MSK-ya daxil olmuş 6 müraciətlə bağlı məlumat verib. Müraciətlərin bir hissəsinin baxılma müddəti uzadılaraq baxılmaq üçün dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib. Müraciətlərin digər hissəsinə isə ortada mübahisə predmeti olmadığına görə, xitam verilib. N.Məmmədov qeyd edib ki, şikayətlərin çoxunda şikayətlərin əhəmiyyətinin artırılma istəyi dayanır. Daha sonra 61 saylı Neftçala və 92 saylı Zərdab-Ucar dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
İclasın sonunda çıxış edən MSK sədri Məzahir Pənahov müxtəlif dövlət qurumları ilə bir sıra maarifləndirici tədbirlərin keçirildiyini bildirib. Maarifləndirici tədbirlərin üç pillədə, aşağı seçki komissiyaları, seçicilər və namizədlərlə bağlı keçirildiyini diqqətə çatdıran M.Pənahov seçkilərdə ictimai asayişin qorunması sahəsində polisin müstəsna rol oynadığını dilə gətirib. MSK sədri polisin seçkilərdə iştirakı ilə bağlı 5500 ədəd yaddaş kitabçasının nəşr olunduğunu söyləyib. O, seçkilərdə ictimai asayişi qoyuracaq polislərdən əlavə dairə və məntəqə seçki komissiyalarının hər birinə bir kitabçanın veriləcəyini deyib. MSK sədri kitabçalardan dövlət orqanlarına da veriləcəyini qeyd edib.
Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilıb. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, "Polsin haqqında" qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB