Bakıtjan Saqintayev: "BTQ Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir"
"Bakı-Tbilisi-Qars" Dəmiryolu layihəsi Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq. Bu Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq". SİA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib.
Qazaxıstanın baş naziri deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir: "Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycaan çatıö və bu yük bu gün Azərbaycxandan yola salınacaq".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB