ABŞ səfiri: “BTQ əlaqələrin qurulması istiqamətində atılan mühüm addımdır”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, yeni ipək yolunun əhəmiyyəti barədə uzun müddət danışılıb: "Bugünkü açılış da həmin istiqamətdə atılmış önəmli bir addımdır. Bütün bunları qeyd edərkən həm Azərbaycanın, həm Gürcüstanın dünya üçün əhəmiyyətini də nəzərə almaq lazımdır".
Xatırladaq ki, bu gün Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək. Bununla bağlı, Türkiyə və Qazaxıstan prezidentləri Azərbaycana gələcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB