İldən ilə yoxsullaşan Ermənistan cəmiyyətini 2018-ci ilin yanvarın 1-dən daha ağır günlər gözləyir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 2018-ci ilin ilk günündən sonrakı 5 il müddətində düşmən ölkənin iqtisadi vəziyyəti ağırlaşmaqla yanaşı, ölkənin xarici borcları fantastik şəkildə artacaq, əhalinin yaşayış səviyyəsi daha da aşağı düşəcək.
Yeni ilin ilk günündən Ermənistanda yüksək qiymət artımı müşahidə olunacaq. Bəzi məhsullarda qiymət artımı davamlı olacaq. Hətta bir qrup məhsulun qiymətinin qarşıdakı 54 il müddətində hər il artması nəzərdə tutulub. Ermənistan hökumətinə çoxlu pul lazımdır. Lakin bu pul insanların maaşı, pensiya və digər sosial problemlərinin həlli üçün deyil, ölkənin ildən-ilə daha da artan borclarını ödəmək üçün lazımdır. Ermənistanın xarici borcları yüksək şəkildə artmasına baxmayaraq, hələ də hakimiyyət öz kredit siyasətindən əl çəkmir. Çünki, hakimiyyət yalnız bu yolla büdcənin kəsirini tamamlaya bilir”.
Ermənistana kredit verən Dünya Bankı və digərləri qaytarılmayan kredit borclarına görə Ermənistanın üzərinə əlavə tələblər qoyublar. Problemlərin həlli üçün 3 yol mövcuddur. Birinci yol iqtisadiyyatın həcmini artırmaq və ya daha sadəcə - iqtisadi inkişafı xarici borclar səviyyəsində təmin etməkdən ibarətdir. Belə olduqda yığılan vergilər avtomatik şəkildə artacaq, kölgə iqtisadiyyatı azalmaqla yanaşı, vergilərin verilməsi həcmi yüksələcək. Lakin nədənsə Ermənistan hakimiyyəti obyektiv və subyektiv səbəblərdən iqtisadiyyatının inkişafını təmin edə bilmir, daha asan yola vergilərin daha da artırılması yoluna əl atırlar.
Ermənistanda 2016-cı ildə qəbul edilən Vergi Məcəlləsinə əsasən qaz üzrə aksiz vergi 3 dəfə artıb. Yanacaqdoldurma məntəqələrində qaza görə aksiz verginin qiyməti 8.3 dramdan, 25 drama qədər bahalaşıb. Bu, qazın kubmetrinin 20 drama qədər bahalaşmasına səbəb olacaq. Benzinə görə, aksiz vergi 25 dramdan 40 drama qədər, sürtük yağlarına görə 5 dəfə artacaq. Bu da avtomatik olaraq maşın yağlarının bahalaşmasına səbəb olacaq.
Düşmən ölkədə spirtli içkilərə görə də aksiz vergi bahalaşıb. Hazırda bahalaşma 63 faizdirsə, bu rəqəm 2018-ci ildə 73, 2019-cu ildə 84, 2020-ci ildə 96, 2021-ci ildə 100 faiz təşkil edəcək. Bu da o deməkdir ki, Ermənistanda spirtli içkinin qiyməti digər qida məhsullarından daha baha olacaq. Bu aqibət Ermənistanda tütün məhsullarını da gözləyir. Növbəti 5 ildə siqaretə görə aksiz vergisi iki dəfə artacaq. Əgər bu gün bir paket siqaretə görə 120 dram aksiz vergisi tutulursa, 5 ildən sonra bu 220 dram olacaq. Bir paket siqaretin qiyməti hər il 20 dram bahalaşacaq.
Ola bilsin ki, bu məhsulların bahalaşması Ermənistanda insanların sağlamlığı üçün xeyirli olacaq. Amma bu təkcə içki və siqaretdə deyil, eləcə də ət, ət məhsulları, çörək və un məmulatlarına da sirayət edəcək. Ən pisi isə bahalaşma insanların gəlirinə böyük təsir edəcək. Bu da o deməkdir ki, hökumət iqtisadiyyatın bir növ virtual inkişafı barədə danışar və insanları dedikləri nağıllarla hipnoz etməyə çalışarkən erməni vətəndaşlarının yoxsulluğu davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB